25 ştat Tramp administrasiyasını məhkəməyə verdi
Qafqazinfo.azxəbər verir ki, ABŞ-nin 25 ştatı Prezident Donald Tramp administrasiyasının son tarif qərarlarından narazı qalaraq hökumətə qarşı məhkəmə iddiası qaldırıb. “Qafqazinfo” xəbər verir ki, Kaliforniya, Arizona və Oreqon ştatlarının baş prokurorlarının rəhbərlik etdiyi koalisiya ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə müraciət edərək ötən ay elan olunan yeni tariflərin ləğvini tələb edib. İddia ərizəsində bildirilir ki, administrasiya 1974-cü il Ticarət Qanununun 301-ci maddəsi ilə müəyyən edilmiş səlahiyyətlərini aşıb və tarifləri tətbiq edərkən İnzibati Prosedur Qanununun tələblərini pozub. Ştatların mövqeyinə görə, tariflər hüquqi baxımdan kifayət qədər əsaslandırılmayıb, məcburi əmək yolu ilə istehsal olunan malların idxalına qarşı effektiv tədbir xarakteri daşımır və məhkəmələr tərəfindən daha əvvəl qanunsuz hesab edilən tariflərin fərqli formada bərpasına xidmət edir. Koalisiya məhkəmədən tariflərin qanunsuz elan edilməsini, onların icrasının dayandırılmasını və indiyədək ödənilmiş gömrük rüsumlarının geri qaytarılmasını istəyir. İddiaya qoşulanlar arasında Kolorado, Konnektikut, Delaver, Havay, İllinoys, Massaçusets, Merilend, Men, Miçiqan, Minnesota, Nevada, Nyu-Cersi, Nyu-Meksiko, Nyu-York, Şimali Karolina, Rod-Aylend, Virciniya, Vermont, Vaşinqton və Viskonsin ştatları yer alır. Kentukki və Pensilvaniya ştatlarının qubernatorları da koalisiyanı dəstəkləyiblər. Kaliforniya Baş prokuroru Rob Bonta yazılı açıqlamasında bildirib ki, Donald Tramp amerikalılar üçün yaşayış xərclərini artırmaq bahasına da olsa, qanunu pozmaqdan çəkinmir. Onun sözlərinə görə, bu, administrasiyanın tariflərlə bağlı qanuni səlahiyyətlərini aşdığı üçün açılan üçüncü məhkəmə işidir. Arizona Baş prokuroru Kris Mayes isə tariflərin bazarda qiymət artımına səbəb olduğunu, kiçik biznesin xərclərini yüksəltdiyini və iqtisadiyyatın müxtəlif sahələrində qeyri-müəyyənlik yaratdığını bildirib. Oreqon Baş prokuroru Den Reyfild də tariflərin yükünü xarici hökumətlərin deyil, ABŞ vətəndaşlarının daşıdığını vurğulayıb. Qeyd edək ki, ABŞ Ticarət Nümayəndəliyi (USTR) iyulun 23-də 1974-cü il Ticarət Qanununun 301-ci maddəsinə əsasən aparılan araşdırmanın nəticələrinə uyğun olaraq ABŞ-nin 60 ticarət tərəfdaşından idxal edilən məhsullara 10 və 12,5 faiz həcmində tarif tətbiq ediləcəyini açıqlamışdı. Administrasiya bu qərarı bəzi ölkələrin məcburi əmək yolu ilə istehsal olunan məhsulların idxalına qarşı kifayət qədər tədbir görməməsi ilə əsaslandırmışdı. Bu qərar ABŞ Ali Məhkəməsinin Beynəlxalq Fövqəladə İqtisadi Güclər Qanunu (IEEPA) çərçivəsində tətbiq olunan bəzi tarifləri qanunsuz hesab etməsindən və 150 günlük müvəqqəti qlobal tariflərin qüvvədən düşməsindən dərhal əvvəl elan olunmuşdu. ABŞ-nin 25 ştatı Prezident Donald Tramp administrasiyasının son tarif qərarlarından narazı qalaraq hökumətə qarşı məhkəmə iddiası qaldırıb. “Qafqazinfo” xəbər verir ki, Kaliforniya, Arizona və Oreqon ştatlarının baş prokurorlarının rəhbərlik etdiyi koalisiya ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə müraciət edərək ötən ay elan olunan yeni tariflərin ləğvini tələb edib. İddia ərizəsində bildirilir ki, administrasiya 1974-cü il Ticarət Qanununun 301-ci maddəsi ilə müəyyən edilmiş səlahiyyətlərini aşıb və tarifləri tətbiq edərkən İnzibati Prosedur Qanununun tələblərini pozub. Ştatların mövqeyinə görə, tariflər hüquqi baxımdan kifayət qədər əsaslandırılmayıb, məcburi əmək yolu ilə istehsal olunan malların idxalına qarşı effektiv tədbir xarakteri daşımır və məhkəmələr tərəfindən daha əvvəl qanunsuz hesab edilən tariflərin fərqli formada bərpasına xidmət edir. Koalisiya məhkəmədən tariflərin qanunsuz elan edilməsini, onların icrasının dayandırılmasını və indiyədək ödənilmiş gömrük rüsumlarının geri qaytarılmasını istəyir. İddiaya qoşulanlar arasında Kolorado, Konnektikut, Delaver, Havay, İllinoys, Massaçusets, Merilend, Men, Miçiqan, Minnesota, Nevada, Nyu-Cersi, Nyu-Meksiko, Nyu-York, Şimali Karolina, Rod-Aylend, Virciniya, Vermont, Vaşinqton və Viskonsin ştatları yer alır. Kentukki və Pensilvaniya ştatlarının qubernatorları da koalisiyanı dəstəkləyiblər. Kaliforniya Baş prokuroru Rob Bonta yazılı açıqlamasında bildirib ki, Donald Tramp amerikalılar üçün yaşayış xərclərini artırmaq bahasına da olsa, qanunu pozmaqdan çəkinmir. Onun sözlərinə görə, bu, administrasiyanın tariflərlə bağlı qanuni səlahiyyətlərini aşdığı üçün açılan üçüncü məhkəmə işidir. Arizona Baş prokuroru Kris Mayes isə tariflərin bazarda qiymət artımına səbəb olduğunu, kiçik biznesin xərclərini yüksəltdiyini və iqtisadiyyatın müxtəlif sahələrində qeyri-müəyyənlik yaratdığını bildirib. Oreqon Baş prokuroru Den Reyfild də tariflərin yükünü xarici hökumətlərin deyil, ABŞ vətəndaşlarının daşıdığını vurğulayıb. Qeyd edək ki, ABŞ Ticarət Nümayəndəliyi (USTR) iyulun 23-də 1974-cü il Ticarət Qanununun 301-ci maddəsinə əsasən aparılan araşdırmanın nəticələrinə uyğun olaraq ABŞ-nin 60 ticarət tərəfdaşından idxal edilən məhsullara 10 və 12,5 faiz həcmində tarif tətbiq ediləcəyini açıqlamışdı. Administrasiya bu qərarı bəzi ölkələrin məcburi əmək yolu ilə istehsal olunan məhsulların idxalına qarşı kifayət qədər tədbir görməməsi ilə əsaslandırmışdı. Bu qərar ABŞ Ali Məhkəməsinin Beynəlxalq Fövqəladə İqtisadi Güclər Qanunu (IEEPA) çərçivəsində tətbiq olunan bəzi tarifləri qanunsuz hesab etməsindən və 150 günlük müvəqqəti qlobal tariflərin qüvvədən düşməsindən dərhal əvvəl elan olunmuşdu. Son xəbərlər Son Xəbərlər

Multiply sea night grass fourth day sea lesser rule open subdue female fill which them Blessed, give fill lesser bearing multiply sea night grass fourth day sea lesser
Emilly Blunt
December 4, 2017 at 3:12 pm