Protein qəbulu ilə bağlı mif dağıldı — Yeni araşdırma əksini deyir
Qafqazinfo.azxəbər verir ki, Son illərdə yüksək proteinli qidalanma sağlam həyat tərzinin əsas prinsiplərindən biri kimi təqdim olunsa da, yeni araşdırma bunun hər kəs üçün doğru olmadığını göstərir. ABŞ alimlərinin genişmiqyaslı təhlilinə əsasən, bəzi insanlar üçün protein qəbulunun azaldılması daha sağlam və uzun ömürlü yaşamağa kömək edə bilər. “Qafqazinfo” xəbər verir ki, ABŞ-nin Viskonsin-Madison Universitetinin tədqiqatçıları zülal istehlakı ilə yaşlanma arasındakı əlaqəni araşdırmaq üçün 300-dən çox elmi tədqiqatı təhlil ediblər. Nəticələr göstərib ki, protein qəbulunun azaldılması diabet, xərçəng və digər yaşla bağlı xəstəliklərin riskini azaltmağa kömək edə bilər. Tədqiqatın müəllifi Dadli Lamminqin sözlərinə görə, zülal əzələ inkişafı və fiziki aktiv insanlar üçün vacib olsa da, əhalinin böyük hissəsi oturaq həyat tərzi keçirdiyi üçün ehtiyacından artıq protein qəbul edir. Bu isə uzunmüddətli dövrdə sağlamlığa mənfi təsir göstərə bilər. Araşdırmaya əsasən, aşağı proteinli qidalanma bədəndə yağ toxumasını azaldır, enerji sərfiyyatını artırır və qan şəkərinin daha yaxşı tənzimlənməsinə kömək edir. Həm insan, həm də heyvanlar üzərində aparılan tədqiqatlar göstərib ki, ümumi kalori qəbulu yüksək olsa belə, proteinin azaldılması metabolik sağlamlığı yaxşılaşdıra bilər. Alimlər bu təsirin əsas səbəblərindən birinin FGF21 hormonu olduğunu bildirirlər. Protein qəbulu azaldıqda səviyyəsi yüksələn bu hormonun orqanizmin enerjidən daha səmərəli istifadə etməsinə kömək etdiyi düşünülür. Tədqiqat həmçinin göstərib ki, aşağı proteinli pəhriz hüceyrələrin özünü yeniləmə mexanizmi olan autofagiyanı aktivləşdirə bilər. Bu proses zamanı zədələnmiş zülallar və hüceyrə komponentləri parçalanaraq yenilənir ki, bunun da sağlam qocalmada mühüm rol oynadığı hesab edilir. Tədqiqat müəllifləri xəbərdarlıq edirlər ki, protein qəbulunun azaldılması hər kəs üçün tövsiyə edilmir. Hamilə qadınlar, böyümə dövründə olan uşaqlar, əzələ kütləsini qorumağa ehtiyacı olan yaşlı insanlar, həmçinin əməliyyat və ya ağır travmadan sonra bərpa olunan şəxslər zülal qəbulunu məhdudlaşdırmamalıdırlar. Bildirilir ki, proteinlə bağlı tövsiyələr fərdin yaşı, sağlamlıq vəziyyəti və fiziki aktivliyi nəzərə alınmaqla fərdiləşdirilməlidir. Hazırkı beynəlxalq tövsiyələr dəyişməyib. Avropa Qida Təhlükəsizliyi Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı sağlam yetkinlər üçün gündə hər kiloqram bədən çəkisinə 0,83 qram protein qəbulunu tövsiyə edir. Hər iki qurum bildirir ki, bu miqdarın təxminən iki qatına qədər protein qəbulu ümumilikdə təhlükəsiz hesab olunur. Bununla belə, çox yüksək proteinli pəhrizlərin uzunmüddətli təsirləri ilə bağlı elmi sübutlar hələ də qəti deyil. Alimlər vurğulayırlar ki, son illərdə populyarlaşan yüksək proteinli qidalanma hər kəs üçün ideal seçim sayılmamalıdır. Onların fikrincə, optimal protein miqdarı insanın yaşı, sağlamlıq vəziyyəti və həyat tərzinə uyğun müəyyən edilməlidir. Son illərdə yüksək proteinli qidalanma sağlam həyat tərzinin əsas prinsiplərindən biri kimi təqdim olunsa da, yeni araşdırma bunun hər kəs üçün doğru olmadığını göstərir. ABŞ alimlərinin genişmiqyaslı təhlilinə əsasən, bəzi insanlar üçün protein qəbulunun azaldılması daha sağlam və uzun ömürlü yaşamağa kömək edə bilər. “Qafqazinfo” xəbər verir ki, ABŞ-nin Viskonsin-Madison Universitetinin tədqiqatçıları zülal istehlakı ilə yaşlanma arasındakı əlaqəni araşdırmaq üçün 300-dən çox elmi tədqiqatı təhlil ediblər. Nəticələr göstərib ki, protein qəbulunun azaldılması diabet, xərçəng və digər yaşla bağlı xəstəliklərin riskini azaltmağa kömək edə bilər. Tədqiqatın müəllifi Dadli Lamminqin sözlərinə görə, zülal əzələ inkişafı və fiziki aktiv insanlar üçün vacib olsa da, əhalinin böyük hissəsi oturaq həyat tərzi keçirdiyi üçün ehtiyacından artıq protein qəbul edir. Bu isə uzunmüddətli dövrdə sağlamlığa mənfi təsir göstərə bilər. Araşdırmaya əsasən, aşağı proteinli qidalanma bədəndə yağ toxumasını azaldır, enerji sərfiyyatını artırır və qan şəkərinin daha yaxşı tənzimlənməsinə kömək edir. Həm insan, həm də heyvanlar üzərində aparılan tədqiqatlar göstərib ki, ümumi kalori qəbulu yüksək olsa belə, proteinin azaldılması metabolik sağlamlığı yaxşılaşdıra bilər. Alimlər bu təsirin əsas səbəblərindən birinin FGF21 hormonu olduğunu bildirirlər. Protein qəbulu azaldıqda səviyyəsi yüksələn bu hormonun orqanizmin enerjidən daha səmərəli istifadə etməsinə kömək etdiyi düşünülür. Tədqiqat həmçinin göstərib ki, aşağı proteinli pəhriz hüceyrələrin özünü yeniləmə mexanizmi olan autofagiyanı aktivləşdirə bilər. Bu proses zamanı zədələnmiş zülallar və hüceyrə komponentləri parçalanaraq yenilənir ki, bunun da sağlam qocalmada mühüm rol oynadığı hesab edilir. Tədqiqat müəllifləri xəbərdarlıq edirlər ki, protein qəbulunun azaldılması hər kəs üçün tövsiyə edilmir. Hamilə qadınlar, böyümə dövründə olan uşaqlar, əzələ kütləsini qorumağa ehtiyacı olan yaşlı insanlar, həmçinin əməliyyat və ya ağır travmadan sonra bərpa olunan şəxslər zülal qəbulunu məhdudlaşdırmamalıdırlar. Bildirilir ki, proteinlə bağlı tövsiyələr fərdin yaşı, sağlamlıq vəziyyəti və fiziki aktivliyi nəzərə alınmaqla fərdiləşdirilməlidir. Hazırkı beynəlxalq tövsiyələr dəyişməyib. Avropa Qida Təhlükəsizliyi Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı sağlam yetkinlər üçün gündə hər kiloqram bədən çəkisinə 0,83 qram protein qəbulunu tövsiyə edir. Hər iki qurum bildirir ki, bu miqdarın təxminən iki qatına qədər protein qəbulu ümumilikdə təhlükəsiz hesab olunur. Bununla belə, çox yüksək proteinli pəhrizlərin uzunmüddətli təsirləri ilə bağlı elmi sübutlar hələ də qəti deyil. Alimlər vurğulayırlar ki, son illərdə populyarlaşan yüksək proteinli qidalanma hər kəs üçün ideal seçim sayılmamalıdır. Onların fikrincə, optimal protein miqdarı insanın yaşı, sağlamlıq vəziyyəti və həyat tərzinə uyğun müəyyən edilməlidir. Son xəbərlər Son Xəbərlər

Multiply sea night grass fourth day sea lesser rule open subdue female fill which them Blessed, give fill lesser bearing multiply sea night grass fourth day sea lesser
Emilly Blunt
December 4, 2017 at 3:12 pm