Zelenski onu vəzifəsindən azad etdi — Adı korrupsiyada hallanır

Qafqazinfo.azxəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Olqa Stefanişinanı ölkəsinin ABŞ-dəki səfiri vəzifəsindən azad edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb. Bundan əvvəl nəşr Prezident Ofisindəki anonim mənbəyə istinadən bildirmişdi ki, Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) Stefanişinaya qarşı fəaliyyətini aktivləşdirməsi səbəbindən onu əvəzləmək istəyirlər. İyulun 13-də “Financial Times” qəzeti isə yazmışdı ki, Stefanişinanın istefası ailə üzvlərinin Kiyevdə elitar daşınmaz əmlak alması ilə bağlı araşdırma ilə əlaqəli ola bilər. Xatırladaq ki, iyulun 12-də Stefanişina şəxsi səbəbləri əsas gətirərək istefa ərizəsi yazmışdı. Ukrayna Prezidenti Volodimir Zelenski Olqa Stefanişinanı ölkəsinin ABŞ-dəki səfiri vəzifəsindən azad edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb. Bundan əvvəl nəşr Prezident Ofisindəki anonim mənbəyə istinadən bildirmişdi ki, Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) Stefanişinaya qarşı fəaliyyətini aktivləşdirməsi səbəbindən onu əvəzləmək istəyirlər. İyulun 13-də “Financial Times” qəzeti isə yazmışdı ki, Stefanişinanın istefası ailə üzvlərinin Kiyevdə elitar daşınmaz əmlak alması ilə bağlı araşdırma ilə əlaqəli ola bilər. Xatırladaq ki, iyulun 12-də Stefanişina şəxsi səbəbləri əsas gətirərək istefa ərizəsi yazmışdı. Son xəbərlər Son Xəbərlər