“Boğazı sabah açmaq barədə danışırıq” — Tramp
Qafqazinfo.azxəbər verir ki, “ABŞ və İran artıq avqustun 4-də Hörmüz boğazını tamamilə açmaq imkanını müzakirə edirlər. “Qafqazinfo” “Clash Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib. “Biz boğazı sabah tam şəkildə açmaq barədə danışırıq”, – deyə Tramp bildirib. O, İranla danışıqların sürətlə aparılmalı olduğunu və Hürmüz boğazı açıldıqdan sonra diqqətin İslam Respublikasının nüvə potensialına yönələcəyini vurğulayıb. Tramp Tehranın “yaxşı bir sənəd” imzalamaq üçün hazırda “son şansı” olduğunu qeyd edib. Bundan əvvəl ABŞ-nin NATO yanında daimi nümayəndəsi Metyu Uitaker Vaşinqton və Tehranın İran üzrə razılaşma əldə etməyə “heç vaxt olmadığı qədər yaxın” olduqlarını bildirmişdi. Həmçinin Tramp tərəflərin Hörmüz boğazı ilə bağlı razılığa gəldiklərini və avqustun 3-də danışıqlar aparılacağını elan etmişdi. Lakin İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai Trampın danışıqlar barədə dediklərinin həqiqəti əks etdirmədiyini bəyan edib. Xatırladaq ki, bir qədər əvvəl Birləşmiş Ştatlarda Trampın İranla müharibəni “sıfırlamaq” istədiyi iddia olunmuşdu. “ABŞ və İran artıq avqustun 4-də Hörmüz boğazını tamamilə açmaq imkanını müzakirə edirlər. “Qafqazinfo” “Clash Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib. “Biz boğazı sabah tam şəkildə açmaq barədə danışırıq”, – deyə Tramp bildirib. O, İranla danışıqların sürətlə aparılmalı olduğunu və Hürmüz boğazı açıldıqdan sonra diqqətin İslam Respublikasının nüvə potensialına yönələcəyini vurğulayıb. Tramp Tehranın “yaxşı bir sənəd” imzalamaq üçün hazırda “son şansı” olduğunu qeyd edib. Bundan əvvəl ABŞ-nin NATO yanında daimi nümayəndəsi Metyu Uitaker Vaşinqton və Tehranın İran üzrə razılaşma əldə etməyə “heç vaxt olmadığı qədər yaxın” olduqlarını bildirmişdi. Həmçinin Tramp tərəflərin Hörmüz boğazı ilə bağlı razılığa gəldiklərini və avqustun 3-də danışıqlar aparılacağını elan etmişdi. Lakin İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai Trampın danışıqlar barədə dediklərinin həqiqəti əks etdirmədiyini bəyan edib. Xatırladaq ki, bir qədər əvvəl Birləşmiş Ştatlarda Trampın İranla müharibəni “sıfırlamaq” istədiyi iddia olunmuşdu. Son xəbərlər Son Xəbərlər

Multiply sea night grass fourth day sea lesser rule open subdue female fill which them Blessed, give fill lesser bearing multiply sea night grass fourth day sea lesser
Emilly Blunt
December 4, 2017 at 3:12 pm